Estoniya parlamenti Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpası məqsədilə istifadəsini qanuniləşdirən qanunu qəbul edib.
qarabaginfo.az xəbər verir ki, bu barədə Estoniya parlamentindən bildirilib.
Deputatlardan 65-i qanun layihəsinin lehinə, 3-ü isə əleyhinə səs verib.
“Dondurulmuş aktivlərin istifadəsi ilə bağlı hüquqi normaların işlənib hazırlanması mürəkkəb bir məsələdir, onun üzərində bir neçə NATO müttəfiqi ölkə və beynəlxalq təşkilatlar çalışır”, – parlamentin konstitusiya komissiyasının sədri Hendrik Yohannes Terras deyib.