Ana Sayfa > Karusel / Qarabağ > Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix açıqlanıb
Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix açıqlanıb15-05-2024, 15:56. Yazar: Admin |
Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonunun Turşsu qəsəbəsində olublar. Qarabaginfo.az xəbər verir ki, qəsəbə barədə media nümayəndələrinə məlumat verilib. Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə və ya 202 nəfər köçürüləcək. "Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz səviyyəsindən 1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı kilometrliyində yerləşir. Qəsəbə ərazisində 353 ev tikintisi nəzərdə tutulub. İlkin olaraq 50 ailənin köçürülməsi planlaşdırılır. Oktyabr ayının sonunda 50 ailə üçün nəzərdə tutulan evin tikintisi başa çatacaq. Noyabr ayının əvvəllərində isə 50 ailə olmaqla 202 nəfərdən ibarət sakinlərin köçü planlaşdırılıb. Ailə saylarına, tərkiblərinə uyğun olaraq otaqların bölgü məsələləri həllin tapmışdır. İlkin mərhələdə kənd ərazisində, 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evlərin tikintisi nəzərdə tutulub", - o deyib. Geri dön |