Ana Sayfa > Karusel / Region > “Qərb hər cür yolla Gürcüstanı qorxudur, şantaj edir və sıxır”- ZAXAROVA

“Qərb hər cür yolla Gürcüstanı qorxudur, şantaj edir və sıxır”- ZAXAROVA


15-05-2024, 11:22. Yazar: Admin

Ağ Evin xarici agentlər haqqında qanun qəbul ediləcəyi təqdirdə ABŞ-ın Gürcüstanla münasibətlərə yenidən baxacağı barədə bəyanatı açıq təhdiddir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu, suveren müstəqil dövlətin daxili siyasətinə yüz faizlik müdaxilədir.

“Bu açıq təhdiddir. Bir neçə aydır ki, Qərb hər cür yolla Gürcüstanı qorxudur, şantaj edir və sıxır”, – XİN rəsmisi deyib.

Mayın 14-də Gürcüstan parlamenti qanun layihəsini üçüncü və yekun oxunuşda təsdiqləyib. Təşəbbüsü 84 deputat dəstəkləyib, 30 deputat onun əleyhinə səs verib.


Geri dön