Ana Sayfa > Karusel / İnfrastruktur > Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu mövcud yoldan 9.2 km qısa olacaq
Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu mövcud yoldan 9.2 km qısa olacaq15-05-2024, 11:02. Yazar: Admin |
Media nümayəndələri Xankəndi-Şuşa-Laçın avtomobil yolunda gedən tikinti işləri ilə tanış olub. Qarabaginfo.az xəbər verir ki, görülən işlərlə bağlı media nümayəndələrinə məlumat verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Qəzənfər Səfərov bildirib ki, yeni çəkilən yol mövcud yoldan 9.2 km qısadır: "Ümumi uzunluğu 34 kilometr olan ikinci texniki dərəcəli avtomobil yolunda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Yeni çəkilən yol tunellerin və sərt döngələrin aradan qaldırılması nəticəsində yol 9.2 kilometr qısalıb. Ümumilikdə yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq". Qeyd olunub ki, işlərin növbəti ilin sonunda başa çatdırılması üçün Xankəndi-Şuşa-Laçın avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir. Geri dön |