Ana Sayfa > Karusel / Sosial > Nazir müavini: Azərbaycanda əhalinin 65%-i rəqəmsal İD-dən istifadə edir

Nazir müavini: Azərbaycanda əhalinin 65%-i rəqəmsal İD-dən istifadə edir


15-05-2024, 10:48. Yazar: Admin

Nazir müavini: Azərbaycanda əhalinin 65%-i rəqəmsal İD-dən istifadə edir

Azərbaycan hökuməti rəqəmsallaşmaya böyük əhəmiyyət verir.

Qarabaginfo.az xəbər verir ki, bunu “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O, qeyd edib ki, rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafa və məhsuldarlığın artımına töhfə verir. Bu, xidmətlər və məlumatlara çıxış əldə etməyə imkan verir. Eyni zamanda, səhiyyə idarəetmə və təhsil sahəsinə töhfə verir. Azərbaycanda rəqəmsallaşmanın inkişaf strategiyası hazırlanıb. Strategiya rəqəmsal hökumət, rəqəmsal cəmiyyət, rəqəmsal biznes kimi üç sütundan ibarədir. Rəqəmsallaşma istiqamətində 500 KOB subyektini dəstəkləyirik. Ölkə əhalisinin 65 %-i rəqəmsal İD-dən istifadə edir.

"Rəqəmsal transformasiya üçün etibarlı infrastruktur qurmalıyıq. Azərbaycanda 75 % evlərin fiberoptik broadband-ə çıxışı var. Bu göstərici Bakıda 90 %-ə yaxındır", - deyə S.Məmmədov əlavə edib.


Geri dön