Ana Sayfa > Karusel / Dünya > “Almaniyada qalmaq istəyirlərsə…”- Şolts ukraynalı qaçqınlara səsləndi

“Almaniyada qalmaq istəyirlərsə…”- Şolts ukraynalı qaçqınlara səsləndi


14-05-2024, 20:29. Yazar: Admin

“Ukraynalı qaçqınlar Almaniyada qalmaq istəyirlərsə, aktiv şəkildə iş axtarmalıdırlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

“Ümid edirik ki, Ukraynadan buraya gələnlər indi bacardıqları qədər işləməyə başlayacaqlar”, – kansler deyib.

Onun sözlərinə görə, məşğulluq qaçqınların ölkədə qalmaq hüququnu təmin edir. Eyni zamanda, o, Almaniyada on ukraynalı qaçqından yalnız ikisinin işlədiyi statistikaya diqqət çəkib.

“Almaniyada işləyən və heç bir cinayəti olmayan hər kəsə demək olar ki, qalmağa icazə veriləcək”, – Şolts qeyd edib.


Geri dön