Ana Sayfa > Karusel / Dünya > Paşinyan xanım baş nazirə Ermənistan-Azərbaycan sülh prosesindən danışdı
Paşinyan xanım baş nazirə Ermənistan-Azərbaycan sülh prosesindən danışdı14-05-2024, 15:32. Yazar: Admin |
Danimarka Krallığında işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkənin baş naziri Mette Frederiksen ilə görüşüb. Qarabaqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazirlər iki ölkə arasında multidissiplinar əməkdaşlıq məsələlərini müzakirə ediblər. Mette Frederiksen Ermənistanın baş nazirinin Kopenhagenə səfərini alqışlayıb, Danimarkanın Ermənistanla əməkdaşlığı inkişaf etdirməyə və genişləndirməyə hazır olduğunu vurğulayıb. Beynəlxalq və regional gündəlikdə duran bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi də vurğulanıb. Nikol Paşinyan həmsöhbətini Ermənistanla Azərbaycan arasında sülh prosesi və Cənubi Qafqaz regionunda mövcud vəziyyətlə tanış edib. Regional kommunikasiyaların işə salınması kontekstində baş nazir Ermənistan Respublikası hökumətinin “Sülh kəsişməsi” layihəsinə toxunub. Həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. Nikol Paşinyan Danimarkanın baş naziri Mette Frederikseni Ermənistana rəsmi səfərə dəvət edib. Xanım Frederiksen dəvəti qəbul etdi. Geri dön |