Ana Sayfa > Karusel / İqtisadiyyat > ADY: Bu il sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb
ADY: Bu il sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb14-05-2024, 13:26. Yazar: Admin |
Bu ilin 4 ayında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb. ADY-dən Qarabaginfo.az-a verilən məlumata görə, nəticədə qatarın pəncərələrinə ciddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin sağlamlığına təhlükə yaranıb. Məlumata görə, bu əməli törədənlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar. “13-19 may “Təhlükəsizlik həftəsi” hər kəsi təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırırıq. Dəmir yollarında təhlükə törədə biləcək hər hansı halla üzləşdikdə 1822 Əlaqə Mərkəzini zəng edərək bizə məlumat verə bilərsiniz. Təhlükəsizliyi təmin etmək üçün hər kəslə birgə çalışmağa hazırıq”, - məlumatda qeyd olunur. Geri dön |