Ana Sayfa > Karusel / Siyasət > Arxaik xarakter daşıyan Minsk qrupunun saxlanılmasına heç bir ehtiyac yoxdur- XİN rəhbəri

Arxaik xarakter daşıyan Minsk qrupunun saxlanılmasına heç bir ehtiyac yoxdur- XİN rəhbəri


14-05-2024, 13:17. Yazar: Admin

“ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməmişdir”.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

“Hesab edirik ki, artıq mandatları tükənmiş, funksional qabiliyyətini itirmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur. Eləcə də ATƏT-in məhdud büdcəsini nəzərə alaraq deyə bilərik ki, bunun üçün əlavə maliyyənin xərclənməsi da lüzum yoxdur. Belə olan təqdirdə bu təsisatlara istinadların edilməsi vəziyyətin yaxşılaşdırmır, əksinə ona xələl yetirir”, – nazir əlavə edib.


Geri dön