Ana Sayfa > Karusel / Dünya > Blinken: Ukrayna üçün kritik əhəmiyyətli məsələlərin həlli zəruridir

Blinken: Ukrayna üçün kritik əhəmiyyətli məsələlərin həlli zəruridir


14-05-2024, 13:13. Yazar: Admin

Blinken: Ukrayna üçün kritik əhəmiyyətli məsələlərin həlli zəruridir

Növbəti aylarda Ukrayna üçün kritik əhəmiyyətli məsələlərin həlli zəruridir.

Qarabaginfo.az BBC-yə istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin prezidenti Vladimir Zelenski ilə görüşündə ABŞ-nin dövlət katibi Antoni Blinken söyləyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton özünün tərəfdaş dövlətləri ilə birlikdə bu müddətin Ukrayna üçün uğurlu keçməsi istiqamətində səyləri artıracaq. Blinken həmçinin vurğulayıb ki, hakimiyyətə dəstək olan dövlətlər Ukraynanın demokratik, iqtisadi, eləcə də hərbi cəhətdən daha da güclənməsində maraqlıdır:

“Hər birimiz Ukraynanın malik olduğu güc, dözüm və liderlik qabiliyyətləri ilə qürur duyuruq. Belə bir çətin zamanda göstərdiyimiz dəstəyin böyük bir hissəsi təqdim olunub, bir qismi isə göndərilmək üzrədir. Edilən yardımlar cəbhədə vəziyyəti Rusiya aqressiyasına qarşı mübarizə aparan Ukraynanın xeyrinə dəyişəcək. Tərəfdaşlarımızla birgə sizin müharibədə qələbə qazanmanız üçün səylərimizi artıracağıq”.


Geri dön