Ana Sayfa > Karusel / İnfrastruktur > Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - FOTO

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - FOTO


14-05-2024, 12:50. Yazar: Admin

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - FOTO

Media nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub.

Qarabaginfo.az xəbər verir ki, media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin açılışını etdiyi birinci tuneldə olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu yolun ümumi uzunluğu 81.7 kilometirdir bu da Zəfər yolundan 19.3 km qısadır: "Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yolboyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır".

Agentlik əməkdaşı deyib ki, layihə üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında artıq qazma işləri yekunlaşıb. "Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə əsas işlər bu il tamamlanacaq. Növbəti ildə isə tunellərdə havalandırma, işıqlandırma, yol oxu boyu işıqlandırma işləri və yolun nişanlanması işləri başa çatdırılacaq. Hazırda açılışı olan tunel vasitəsi ilə 1 km yol qısalır və 10-dan artıq döngə və eniş yoxuşdan keçməyə ehtiyac qalmır".

Qeyd edək ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

 


Geri dön