Ana Sayfa > Karusel / Qarabağ > Şuşa şəhərinə növbəti köç yola salınır - FOTO - VİDEO
Şuşa şəhərinə növbəti köç yola salınır - FOTO - VİDEO14-05-2024, 07:34. Yazar: Admin |
Bu gün Şuşa şəhərinə növbəti köç yola salınır. Qarabaginfo.az xəbər verir ki, bu dəfə ümumilikdə 38 ailə (136 nəfər) Şuşaya köçürülür. Bakı şəhərindən – 26 ailə (89 nəfər), Bərdə rayonundan – 3 ailə (12 nəfər), Sumqayıt şəhərindən – 2 ailə (10 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Samux rayonundan – 2 ailə (6 nəfər), Zaqatala rayonundan – 1 ailə (5 nəfər), İsmayıllı rayonundan – 1 ailə (3 nəfər) və Ağdaş rayonundan – 1 ailə (3 nəfər) Şuşaya yola salınır. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülmüş olur.(Apa)
Geri dön |