Ana Sayfa > Karusel / Region > İvanişvili Ceyms Obraynla görüşdən imtina edib

İvanişvili Ceyms Obraynla görüşdən imtina edib


13-05-2024, 21:30. Yazar: Admin

İvanişvili Ceyms Obraynla görüşdən imtina edib

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynla görüşdən imtina edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.

Kobaxidze qeyd edib ki, Bidzina İvanişviliyə görüşlə bağlı müraciət olub, lakin o bundan imtina edib.

Əlavə edib ki, son aylar İvanişvilinin digər diplomat və siyasətçilərlə görüşlərdən imtina etməsi halları da olub və imtinaların səbəbi də eyni olub:

“Bidzina İvanişvili faktiki sanksiyalar altındadır. Onun Qərbə əmanət etdiyi 2 milyard dollar dondurulub, lakin bunun “qlobal müharibə partiyası”nın əli ilə olduğu ortaya çıxıb. Görüş bu şantaj sanksiyalar bitəndən sonra keçirilə bilər”, - Kobaxidze deyib.

Qeyd edək Ceyms Obraynın mayın 17-dək Gürcüstana səfər etməsi gözlənilir.


Geri dön