Ana Sayfa > Karusel / Siyasət > “Almatı görüşünü alqışlayır, Bakı və İrəvanı sülh danışıqlarını davam etdirməyə çağırırıq”- FRANSA XİN

“Almatı görüşünü alqışlayır, Bakı və İrəvanı sülh danışıqlarını davam etdirməyə çağırırıq”- FRANSA XİN


13-05-2024, 15:35. Yazar: Admin

Fransa Bakı və İrəvanı 2024-cü il aprelin 19-da qəbul edilmiş prinsiplər əsasında sərhədlərin demarkasiyasını davam etdirməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin müraciətində deyilir.

Həmçinin Fransa Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır.

Fransa XİN tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini təsdiqləməsinin və bu prosesin əsası kimi bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının vacibliyini vurğulayır.

Rəsmi Paris eyni zamanda iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə danışıqları davam etdirməyə çağırır və Qazaxıstan hakimiyyətinin bu danışıqları asanlaşdırmaq təşəbbüsünü alqışlayır.

O da qeyd olunur ki, Fransa beynəlxalq hüquq normalarına uyğun olaraq Cənubi Qafqazda ədalətli və sabit sülhün bərqərar olması maraqları naminə öz tərəfdaşları ilə fəaliyyətini davam etdirəcək.

 


Geri dön