Ana Sayfa > Karusel / Region > “Parlamentə qarşı zorakılıq planlaşdırılır, dəqiq məlumatımız var” –Gürcüstanın Baş naziri

“Parlamentə qarşı zorakılıq planlaşdırılır, dəqiq məlumatımız var” –Gürcüstanın Baş naziri


12-05-2024, 19:31. Yazar: Admin

Radikal müxalifət tərəfindən təşkil edilən və xaricdən maliyyələşən aqressiv gənclərdən ibarət qrupların mayin 13-də və 14-də Gürcüstan parlamentinə, asayiş keşikçilərinə qarşı zorakılıq aksiyaları keçirməyi planlaşdırdıqları barədə dəqiq məlumatımız var.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə bildirib.

İ.Kobaxidze radikal müxalifət qruplarının hər bir üzvünə xəbərdarlıq edib.

Baş nazir deyib ki, zorakılığa görə hər kəs qanun qarşısında cavab verəcək.

Hökumət başçısı hüquq-mühafizə orqanları əməkdaşlarını maksimum təmkin göstərməyə çağırıb.

Onun sözlərinə görə, ABŞ və ya Fransa polisi üçün adi hala çevrilən cinayətkarlara qarşı sərt cavab formaları gürcü hüquq-mühafizə orqanlarının əməkdaşları üçün məqbul olmamalıdır.


Geri dön