Ana Sayfa > Karusel / Dünya > Son iki gündə İsrail Ordusunun Qəzza sektorunda 5 hərbçisi həlak olub
Son iki gündə İsrail Ordusunun Qəzza sektorunda 5 hərbçisi həlak olub12-05-2024, 19:22. Yazar: Admin |
Qəzza sektorunda HAMAS-a qarşı aparılan hərbi əməliyyatda İsrail Ordusunun daha bir hərbçisi həlak olub. Qrabaginfo.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb. Qeyd edilib ki, “Naxal” briqadasının döyüşçüsü 20 yaşlı Ariel Tsimm Qəzza şəhərinin Zeytun rayonunda HAMAS silahlıları ilə atışmada ölüb. O, son iki gündə “Naxal” briqadasının həyatını itirən 5-ci hərbçisidir. Mayın 11-də briqadanın 4 döyüşçüsü bu məkanda baş verən partlayışda həlak olub. Beləliklə, Qəzza sektorunda quru əməliyyatı başlayandan bu günə qədər İsrail Ordusu 272 hərbçisini itirib. Ümumilikdə, keçən ilin payızında Qəzza sektorunda vəziyyətindən gərginləşməsindən sonra ötən dövr ərzində İsrail Ordusu 620 hərbçisini itirib. Geri dön |