Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > KİV: F-16 qırıcılarının Ukraynaya verilmə tarixi açıqlanıb
KİV: F-16 qırıcılarının Ukraynaya verilmə tarixi açıqlanıb12-05-2024, 09:13. Yazar: Admin |
F-16 qırıcıları bir neçə həftə ərzində Ukraynaya verilə bilər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Standard” qəzeti yazır. Nəşrin yazdığına görə, ilk qırıcılar iyun və ya iyul aylarına qədər Ukraynaya çatdırılmalıdır. Qəzetin mənbəsi hansı ölkələrin Kiyevi təyyarələrlə təmin edəcəyini bildriməyib. Aprel ayında Birləşmiş Kral Müdafiə Araşdırmaları İnstitutunun baş elmi işçisi Castin Bronk bildirmişdi ki, Kiyevin alacağı F-16-lar universal planlaşdırma və korreksiya modulları ilə rus bombalarından istifadənin effektivliyini azalda bilməyəcək. Rusiya təyyarələri təmas xəttindən uzağa sürüşən bombalar atırlar ki, bu da F-16 pilotlarını hava hücumundan müdafiə poliqonuna uçmağa məcbur edəcək. Geri dön |