Ana Sayfa > Karusel / Dünya > ABŞ və Rusiya qırıcıları arasında təhlükəli manevr

ABŞ və Rusiya qırıcıları arasında təhlükəli manevr


15-12-2017, 08:51. Yazar: Admin

 

ABŞ və Rusiya qırıcıları arasında təhlükəli manevr

 

ABŞ Hərbi Hava Qüvvələrinin “F-22” qırıcısı və Rusiya Hərbi Kosmik Qüvvələrinin “Su-25” döyüş qırıcısı arasında Suriyada gərgin anlar yaşanıb.

“Qarabaginfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Nəşrin məlumatına əsasən, adı açıqlamayan amerikalı məmur əməliyyat zamanı “F-22” qırıcısının bir neçə istilik yayan yalançı hədəflər (siqnal raketlərinin xatırladan) atdığını, bundan sonra Rusiya “Su-25” təyyarəsinin ərazini tərk etdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya qırıcıları davamlı olaraq ABŞ-ın nəzarət etdiyi hava məkanına daxil olublar.

TASS-ın Rusiya Müdafiə Nazirliyinə istinadən məlumatına görə, ABŞ qırıcısı Rusiya döyüş təyyarəsi yaxınlaşan zaman ərazini tərk edib. Nazirlik Rusiya “SU-25”lərinin humanitar avtomobil kortecinin müşayət etdiyini də bildirib.

Qeyd edək ki, dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin qoşunların Suriyadan çıxarılması qərarını verib.

 

 


Geri dön