Ana Sayfa > Karusel / Region > Ermənistan polisi İrəvanda yolu bağlayan etirazçıları saxlayıb
Ermənistan polisi İrəvanda yolu bağlayan etirazçıları saxlayıb11-05-2024, 11:50. Yazar: Admin |
Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali kütləvi itaətsizlik aksiyasına başlayıb. Qarabaginfo.az “news.am”a istinadən xəbərinə görə, küçələrə çıxan əhali əsas yolları bağlayıb. Paytaxtda yerləşən “Qələbə” körpüsü, “Azatutyn” prospekti, eləcə də Tbilisi şossesində də hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Bu tələbə məhəl qoymayan etirazçıları saxlamağa başlayıb. Eçmiəzdində bu səbəbdən saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib. Bir qrup aksiya iştirakçısı isə 7 nömrəli məktəbin qarşısında baş nazir Nikol Paşinyanın gəlişini boykot etməyə çalışıb. Bir qədər sonra isə onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.
Geri dön |