Kaliforniyada yerləşən Pivotal şirkəti 2024-cü ilin iyul ayından başlayaraq müştərilərinə “Helix” şaquli qalxan və eniş edən (VTOL) elektrik təyyarəsini çatdırmağa başlayacaq.
Qarabaginfo.az bildirir ki, bu barədə “Ned-science” yazır. Bu bir nəfərlik təyyarə pilot lisenziyası olmadan uça bilər.
Bununla belə, bəzi məhdudiyyətlər var. Məsələn, belə təyyarələr sıx tikililər olan ərazilər üzərində uça bilməz. Qurğuların çəkisi 115 kiloqramdan az və maksimal sürət həddi saatda 100 kilometr olmalıdır.
“Helix” təyyarələri bir cüt qanad arasında paylanmış səkkiz sabit pərlərə malikdir, bu, saatda 96 kilometrə qədər sürətlə uçmağa imkan verir. Elektrikli təyyarə səkkiz kilovat-saat tutumlu akkumulyatora malikdir. Onun sayəsində bir dəfəyə 32 kilometrə qədər məsafə qət edə bilir.
Pivotal artıq Helix üçün sifarişləri qəbul edir. VTOL təyyarəsinin qiyməti 190 min dollardan başlayır.