“Rusiya Ukrayna cəbhəsində hücumların intensivliyini artırsa belə yeni həmlə planının iflasa uğrayacağı şübhəsizdir".
Qarabaginfo.az “Financial Times”a istinadən məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O vurğulayıb ki, ölkəsinin rəsmi Kiyevə dəstəyi Ukraynanın 2024-cü il ərzində Rusiya ordusuna qarşı etibarlı müdafiəsinin təşkilinə xidmət edəcək.