Ana Sayfa > Karusel / Dünya > Dövlət Departamenti Ukraynaya 30 milyon dollar dəyərində üç “HIMARS”ın satışını təsdiqləyib

Dövlət Departamenti Ukraynaya 30 milyon dollar dəyərində üç “HIMARS”ın satışını təsdiqləyib


11-05-2024, 07:17. Yazar: Admin

Dövlət Departamenti Ukraynaya 30 milyon dollar dəyərində üç “HIMARS”ın satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukraynaya 30 milyon dollar dəyərində üç “HIMARS” reaktiv yaylım atəş sisteminin (RYAS) mümkün satışını təsdiqləyib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bu agentlik hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

“Dövlət Departamenti Ukraynaya təxmini dəyəri 30 milyon dollar olan HIMARS yüksək mobilli artilleriya raket sistemlərinin və onunla əlaqəli logistika elementlərinin mümkün təcili satışını təsdiqləmək qərarına gəlib”, - məlumatda deyilir.


Geri dön