Ana Sayfa > Karusel / Qarabağ > “Associated Press” ermənilərin atəşi nəticəsində həlak olan azərbaycanlı futbolçudan yazıb

“Associated Press” ermənilərin atəşi nəticəsində həlak olan azərbaycanlı futbolçudan yazıb


2-10-2020, 16:32. Yazar: Admin

“Associated Press” ermənilərin atəşi nəticəsində həlak olan azərbaycanlı futbolçudan yazıb

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanovun ölümü böyük əks-səda doğurub.

Qarabaginfo.az xəbər verir ki, “Associated Press” xəbər agentliyi sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində azyaşlı məktəblinin həlak olması ilə bağlı məqalə dərc edib.

Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) cümə axşamı Ermənistanla münaqişə zəminində qətlə yetirilən 13 yaşlı futbolçu ilə əlaqədar UEFA-nın üzvlərindən dəstək istəyib. Həmçinin etnik ermənilərin nəzarəti altında olan Azərbaycan ərazisindəki Dağlıq Qarabağ bölgəsi ilə bağlı onilliklərlə davam edən mübahisənin son bir həftədə alovlandığı vurğulanıb.

Baş verən faciə ilə bağlı agentliyə açıqlama verən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avropa futbol ailəsini həmrəy olmağa dəvət edib: “Bu çətin anda mülki şəxslərə qarşı təcavüzü qınamaq, gənclərin və xüsusilə bütün xalqların azyaşlı nümayəndələrinin bu və ya digər şəkildə hərbi əməliyyatlar nəticəsində zərər çəkməsini dayandırmaq üçün Avropa futbol ailəsini həmrəyliyə çağırırıq”.

Məmmədovun imzaladığı məktubda UEFA üzvü olan Milli Assosiasiyaların yüksək vəzifəli şəxslərindən #StopChildMurder həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırış edilib.

Məqalədə uşaq liqasının oyunçusu Şəhriyar Qurbanovun münaqişə zonasından 50 kilometr uzaqda yerləşən doğma şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində qətlə yetirilməsi xüsusi vurğulanıb. İki ölkə arasındakı gərginliyin futbol münasibətlərinə də mənfi təsir etdiyi, həmçinin qonşu ölkələrin AVRO-2008-in seçmə qrupunda bir-biri ilə oynamaqdan imtina etdikdən sonra UEFA-nın turnirlərin püşkatmalarında onların milli və klub komandalarını ayırdığı yazılıb.

Qeyd edək ki, FİFA-nın baş katibi Fatma Samoura qətlə yetirilən Şəhriyar Qurbanovla bağlı AFFA-ya başsağlığı məktubu göndərib. APA


Geri dön