Ana Sayfa > Karusel / Region > Paşinyan impiçment oluna bilər? - Prosedur necədir...
Paşinyan impiçment oluna bilər? - Prosedur necədir...10-05-2024, 17:26. Yazar: Admin |
Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü, Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan baş nazir Nikol Paşinyana etimadsızlıq (impiçment) göstəriləcəyinə şübhə ilə yanaşdığını deyib. Onun sözlərinə görə, müxalifət buna nail olmaq üçün parlamanentdə çoxluğun səsini qazanmalıdır. Qanunvericiliyə görə, baş nazir haqqında impiçment prosedurunun başlanması üçün müraciətdən sonrakı 24 saat ərzində parlamentin 36 deputatı imza verməlidir. İndi parlamentdəki müxalif “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının cəmi 35 deputatı var. Onlar ya yeganə müstəqil deputat İşxan Zakaryanın dəstəyini almalı, ya da hakim fraksiyanın nümayəndəsinin səsini qazanmalıdır. Bundan sonra bütün imzaları toplanmalı və 48-72 saat ərzində səsvermə olmalıdır. İmpiçment üçün minimum 54 səs lazımdır. Müxalifət əlavə olaraq daha 18 deputatın dəstəyini almalıdır. Etirazçılar bu problemi küçə təzyiqi ilə həll etməyə ümid edirlər. Geri dön |