Ana Sayfa > Karusel / Region > “İrəvan və Bakı sülh sazişi imzalamaqla məhdudlaşmamalıdır”- MİRZOYAN

“İrəvan və Bakı sülh sazişi imzalamaqla məhdudlaşmamalıdır”- MİRZOYAN


10-05-2024, 17:02. Yazar: Admin

İrəvan və Bakı sülh sazişi imzalamaqla məhdudlaşmamalıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Almatıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, tərəflər daha da irəli getməli və regionda nəqliyyat kommunikasiyalarını blokdan çıxarmalıdır.

“Biz sülh müqaviləsi imzalamaqla kifayətlənməməliyik. Bütün nəqliyyat infrastrukturlarının ərazisindən keçdikləri ölkələrin suverenliyi altında qalacağını və sərhədi keçmə prosedurlarının qarşılıqlı olacağını başa düşərək regionda bütün nəqliyyat kommunikasiyalarını aça bilərik”, – Mirzoyan bildirib.


Geri dön