Ana Sayfa > Karusel / Region > Erməni etiraz hərəkatının lideri baş nazirliyə namizəd ola biləcəyini deyib

Erməni etiraz hərəkatının lideri baş nazirliyə namizəd ola biləcəyini deyib


10-05-2024, 15:24. Yazar: Admin

“Müxalifət hazırkı hökumət başçısı Nikol Paşinyanın istefasına və ya impiçmentinə nail ola bilsə, Ermənistanın baş nazirliyinə namizəd ola bilərəm”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Vətən naminə Tavuş” erməni etiraz hərəkatının lideri arxiyepiskop Baqrat bildirib.

“Xalq istəsə, mən erməni patriarxının xeyir-duasını alaram. Mən bunu istəmirəm, mən ruhani liderəm, bu missiya baş nazir vəzifəsindən bir neçə dəfə yüksəkdir”, – o, İrəvanın mərkəzində yürüş zamanı jurnalistlərə bildirib.

Arxiyepiskop Baqrat Ermənistan və Kanada vətəndaşıdır və ölkə konstitusiyasına görə, yalnız Ermənistan vətəndaşlığı olan şəxs baş nazir ola bilər. Bu faktı şərh edən keşiş qeyd edib ki, xalq konstitusiyanı dəyişə bilər.


Geri dön