Ana Sayfa > Karusel / Cəmiyyət > Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz
Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz10-05-2024, 14:29. Yazar: Admin |
Araşdırmalar göstərir ki, yol qəzalarının əksəriyyətinə yüksək sürət səbəb olur. Müxtəlif addımlar atılsa da, yenə də sürət həddini aşanlar var və nəticə təəssüf ki, faciələrin artan sayında özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün dünyada tətbiq edilən müxtəlif texnologiyalar Azərbaycanda da mövcuddur. Qarabaginfo.az Avtosfer.az-a istinadən xəbər verir ki, artıq sürət həddini göstərən yeni radar sistemi, daha dəqiq desək, elektron tablo Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılıb. Bu cür radar sisteminin artıq bir çox ölkədə quraşdırıldığı və çox məşhur olduğu bildirilir. Bəs bu cür elektron löhvələrin digər radarlardan fərqi nədir? Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, konkret sürət rejimi və aşılan sürət həddi göstərilirsə, sürücü əmin olmalıdır ki, artıq ona inzibati protokol yazılıb, yəni elektron qərarı artıq hazırdır: “Ən azından sürücü bir və ya yarım saat sonra SMS almaq aurasında olmur ki, ona SMS gələndən sonra bilsin ki, cərimə yazılıb. Artıq o tabloda öz-özünü görəndə başa düşür ki, cərimələnib. Bu, həm də ictimai qınaq, mənəvi təsirdir. Sürücü öz maşınının nömrəsini tabloda görürsə, biləcək ki, bunu başqaları da görür. Hər halda, vicdanlı adamlar belə şeydən utanmalıdır. Özünü yığışdırıb sürəti aşağı salıb yoluna davam edəcəksə, o zaman bu tablonun təsiri hiss ediləcək”. Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsindən bildirilib ki, elektron tablonun quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl etməsidir: “Yaxın günlərdə quraşdırılan lövhələr aktivləşdiriləcək. Bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması nəzərdə tutulub”. Geri dön |