Ana Sayfa > Karusel / Siyasət > Şeyxin qudasının oğluna 4 il iş istədilər

Şeyxin qudasının oğluna 4 il iş istədilər


14-12-2017, 16:05. Yazar: Admin

 

Şeyxin qudasının oğluna 4 il iş istədilər

 

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin məhkəməsi keçirilib.

"Qarabaginfo" "Qafqazinfo"-a istinadən verdiyi xəbərə görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə dekabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına zor tətbiq etməkdə ittiham edilir.


Geri dön