Böyük Britaniya ABŞ kimi İsrailə silah ixracını dayandırmayacaq.
Qarabaginfo.az-ın “Politico”ya istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.
“İnsanların həyatını xilas etmək üçün aydın bir plan olmadığı təqdirdə Britaniya Rəfahda heç bir əməliyyatı dəstəkləməyəcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ ilə Böyük Britaniya arasında silah tədarükü məsələsində çox böyük fərq var.