Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb
Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb9-05-2024, 11:36. Yazar: Admin |
Bu ilin birinci rübündə Azərbaycan 122 milyon 518 min ABŞ dolları dəyərində 6 763 ton əczaçılıq məhsulu idxal edib. Bu barədə Qarabaginfo.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,2 % və 22 % azdır. Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3,3 %-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,77 %-nə bərabər olub. Xatırladaq ki, bu ilin yanvar-mart aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 313.9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Geri dön |