Ana Sayfa > Karusel / Dünya > Zelenski və Şolts Ukraynada döyüş meydanındakı son vəziyyəti müzakirə edib
Zelenski və Şolts Ukraynada döyüş meydanındakı son vəziyyəti müzakirə edib8-05-2024, 17:29. Yazar: Admin |
Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında bildirib. Prezident Zelenski Kansler Şoltsa əsas istiqamətlərdə döyüş meydanının vəziyyəti haqqında məlumat verib. Liderlər həmçinin müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər. "Mən Almaniyaya Ukraynanın müdafiə qabiliyyətinə, xüsusən də hava hücumundan müdafiəmizin gücləndirilməsinə verdiyi mühüm töhfəyə görə minnətdaram. Rusiya hər dəfə terror hücumuna başlayanda Almaniyanın köməyi insan həyatını xilas edir", - Zelenski bildirib. O qeyd edib ki, telefon söhbəti zamanı tərəflər Ukraynanın Bərpa Konfransına və Sülh Sammitinə hazırlığı müzakirə ediblər. Geri dön |