Ana Sayfa > Karusel / Siyasət > “Elçibəyin yeganə hüquqi varisi bizim partiyadır” –Mirmahmud Mirəlioğlu

“Elçibəyin yeganə hüquqi varisi bizim partiyadır” –Mirmahmud Mirəlioğlu


8-05-2024, 17:09. Yazar: Admin

“Mənim KXCP-də sədr postundan getmək niyyətim çoxdandır var”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Azpost.info-ya müsahibəsində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Onun sözlərinə görə, bu niyyətini dəfələrlə elan edib: “2022-ci ildə keçirilən qurultayda sədrliyə namizədliyimi irəli sürməmək barədə fikir mübadiləsi olub, qurultayın Təşkilat Komitəsinə bu istəyimi bildirmişəm. Amma sədr postuna namizədliyini verən, sahib duran olmayıb. Hamı yekdilliklə deyib ki, mən sədrliyə namizəd olmalıyam. Hətta bəziləri namizədliyimi irəli sürməsəm bunu xəyanətə bərabər sayacağını bəyan edib. Bu gün də KXCP sədrliyindən getməyə hazıram”.

M.Mirəlioğlu KXCP-nin sabiq prezident Əbülfəz Elçibəy irsinin yeganə daşıyıcısı olduğunu deyib: “KXCP yeganə təşkilatdır ki, Elçibəyin siyasi kursunu, siyasi baxışlarını, ideyalarını fəaliyyətində rəhbər tutur. Mərhum liderimizin siyasi baxışlarını da doğru sayırıq, bu istiqamətdə siyasətimizi, mübarizəmizi aparırıq. Sonadək də bu, belə olacaq. Bizim hətta qurultaylarımızın qərarlarında AXC-nin AXCP-yə, AXCP-nin KXCP-yə çevrildiyi qeyd olunur. Nizamnaməmizdə də bu, təsbit olunub. Ona görə də biz Elçibəyin həm mənəvi, həm də hüquqi varisiyik, özümüzü  də belə hesab edirik. Bu məsələdə kimsə bizimlə opponentlik edə bilməz. Əməllərimiz bunu sübut edir”.


Geri dön