Ana Sayfa > Karusel / Dünya > Rusiyada oğurluqda şübhəli bilinən ABŞ hərbçisi həbs edilib

Rusiyada oğurluqda şübhəli bilinən ABŞ hərbçisi həbs edilib


8-05-2024, 12:20. Yazar: Admin

 

Rusiyada oğurluqda şübhəli bilinən ABŞ hərbçisi həbs edilib

Rusiyanın Vladivostok şəhərində internet vasitəsilə tanış olduğu qadının pulunu ələ keçirməkdə şübhəli bilinən ABŞ hərbçisi barədə iki aylıq həbs qərarı verilib.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbərinə görə, bu barədə qərar istintaq orqanının təqdimatı ilə əsaslandırılıb.

Bildirilib ki, 34 yaşındakı Qordon Blek Pentaqonun rəsmi icazəsi olmadan Rusiyaya gələrək, burada əvvəllər tanıdığı 32 yaşlı xanımla görüşüb. Şikayət ərizəsində onların birgə istirahət etmək üçün hotelə yollandığı, bir qədər sonra isə aralarında mübahisə yarandığı göstərilib. Nəticədə, Q. Blek adı açıqlanmayan qadının pulunu ələ keçirərək hoteli tərk edib.

Qeyd edək ki, Pentaqon rəsmi məlumatda hərbçinin ölkəni icazəsiz tərk etdiyini açıqlayıb.


Geri dön