Ana Sayfa > Karusel / İdman > BMT 25 mayı Dünya Futbol Günü elan edib

BMT 25 mayı Dünya Futbol Günü elan edib


8-05-2024, 08:15. Yazar: Admin

 

BMT 25 mayı Dünya Futbol Günü elan edib

BMT Baş Assambleyası 25 mayı Ümumdünya Futbol Günü elan edilməsinə dair qətnamə qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, qətnamədə “1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün regionların nümayəndələrinin iştirakı ilə tarixdə ilk beynəlxalq futbol turnirinin 2024-cü ildən keçirilməsinin 100 illiyi ilə əlaqədar 25 may tarixinin Ümumdünya Futbol Günü elan edilməsi” qərara alınıb.

Sənəd üzv dövlətlərə fiziki və psixi sağlamlığın və rifahın təşviqi və cəmiyyətdə idman mədəniyyətinin inkişaf etdirilməsi kimi milli və yerli səviyyədə aktiv fəaliyyəti, o cümlədən futbolu təşviq etmək üçün siyasət və proqramlar qəbul etməyi təşviq edir.


Geri dön