Ana Sayfa > Karusel / İqtisadiyyat > Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB8-05-2024, 07:48. Yazar: Admin |
Qlobal borc 315 trilyon dollara çataraq rekord səviyyəyə yüksəlib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatında deyilir.
Borcun həcmi Çin, Hindistan və Meksikanın daha çox borclanması hesabına artıb. Təkcə birinci rübdə qlobal borc 1,3 trilyon dollar artıb.
Hesabatda deyilir ki, hökumətlər bu il rekord sayda seçki kampaniyası fonunda vergiləri azaldır və xərcləri artırır. "ABŞ-da sərt inflyasiya və Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin azaldılmasında gözlənilən gecikmə nəzərə alınmaqla, dollar artımı... xüsusilə inkişaf etməkdə olan ölkələr üçün dövlət borcu ilə bağlı narahatlıqları yenidən gündəmə gətirə bilər", - bildirilir.
Qurumun hesabatında deyilir ki, hökumət kəsirləri koronavirus pandemiyasından əvvəlkindən daha yüksək olaraq qalır. Hökumət kəsirlərinin bu il qlobal borcu 5,3 trilyon dollar artıracağı proqnozlaşdırılır.
Hesabatda deyilir ki, Çin artıq uzun illər ərzində ölkənin iqtisadi artımını dayandırmaq təhlükəsi yaradan daşınmaz əmlak böhranı ilə üz-üzədir. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, Hindistanın borcları onilliyin sonuna qədər ölkə iqtisadiyyatının həcmini keçə bilər. Buna səbəb hər il bu ölkənin fəlakətlərin idarə olunmasına milyardlarla dollar xərcləməsidir.
BVF-nin aprel ayında dərc olunan Maliyyə Yeniləməsinə əsasən, ümumi qlobal borc 2023-cü ildə qlobal ÜDM-in 93,2%-nə yüksəlib. Ekspertlər bu rəqəmin 2024-cü ildə 93,8%-ə, 2025-ci ildə 95,1%-ə, 2029-cu ildə isə 98,8%-ə yüksələcəyini gözləyirlər. Geri dön |