İndiyə kimi işğaldan azad olunmuş Şuşa şəhərinə getmək istəməyən ABŞ-ın Azərbaycandakı səfiri nəhayət Vaşinqtondan verilən qərarı icra etdi. Mark Libbi dünən xanımı Danusia ilə birlikdə işğaldan azad olunmuş Şuşa şəhərlərindən şəkillər paylaşdı.
ABŞ öz səfirini Şuşaya göndərməklə bir daha Azərbaycan hökuməti ilə yaxşı münasibətlərdə maraqlı olduğunu təısdiqlədi.
Mark Libbinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etəsi isə Ermənistanda və rəsmi İrəvanın havadarlarında qıcıq yaratdı.
İndiyə kimi, əksər böyük dövlətlərin Azərbaycanda fəaliyyət göstərən diplomatları Şuşaya getmişdi, ikisindən başqa: Rusiya, İran, Almaniya, Böyük Britaniya səfirləri Şuşada olmuşdular, yalnız ABŞ və Fransa səfirlərindən başqa...
Beləliklə, amerikalı diplomat da Azərbaycanın qınağından qurtardı...
Qaldı bircə diplomat: Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon.
Qarabaqinfo.az-ın məlumatına görə, xanım diplomat 2022-ci il noyabrın 9-da Fransa prezidenti Emmanuel Makronun imzaladığı fərmanla Bakıya təyinat alıb. O, 2019-cu ildən Azərbaycanda diplomatik missiyasını başa vuran səfir Zakari Qrosu əvəz edib.
Təbii ki, Fransa səfirinin Şuşaya getməməsi Ermənistanı dəstəkləyən, Qarabağın Azərbaycanın nəzarətinə keçməsini həzm edə bilməyən rəsmi Parisin siyasətindən irəli gəlir.
Ann Buayon bu yaxınlarda Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi fonunda məsləhətləşmələr üçün Parisə çağırılmışdı. Fransa Xarici İşlər Nazirliyi açıqlamasında xanım diplomatın Prezident Emmanuel Makron tərəfindən qəbul edildiyini bildirmişdi.
Lakin rəsmi Paris sonradan səhvini anlayaraq, səfir Ann Buayonu yenidən Bakıya qaytardı və xanım diplomat hazırda Azərbaycan paytaxtında fəaliyyətini davam etdirməkdədir.
Fransız diplomat Azərbaycanda olduğu müddətdə müxtəlif regionlarımızə gəzib, təəssüratlarını sosial şəbəkələrdə də bölüşüb.
Şübhəsiz ki, xanım diplomat ölkəsindən göstəriş gözləyir... Bu göstəriş isə gec-tez veriləcək və madam Buayon da Şuşaya gedəcək... Bu, birmənalı olaraq istisna deyil...