Ana Sayfa > Karusel / Region > Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA7-05-2024, 16:17. Yazar: Admin |
Mayın 7-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.
Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb. Geri dön |