Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Rusiya artıq Krım körpüsündən silah daşımaq üçün istifadə etmir
Ana Sayfa > Karusel / Region > KİV: Rusiya artıq Krım körpüsündən silah daşımaq üçün istifadə etmir

KİV: Rusiya artıq Krım körpüsündən silah daşımaq üçün istifadə etmir


7-05-2024, 11:52. Yazar: Admin

KİV: Rusiya artıq Krım körpüsündən silah daşımaq üçün istifadə etmir

Rusiya artıq Krım körpüsündən silah daşımaq üçün istifadə etmir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" qəzeti yazıb.

Nəşrin yazdığına görə, peyk görüntüləri göstərir ki, Rusiya Ukraynadakı cəbhə xəttindəki qoşunlarını təchiz etmək üçün artıq Krım körpüsündən demək olar ki, istifadə etmir.

Bunun əvəzinə Moskva Ukraynanın nəzarətə götürdüyü şərq vilayətləri vasitəsilə quru marşrutlara keçib.

"Molfar" şirkətinin analitikləri sözlərinə görə, 2024-cü ilin fevralından aprel ayına kimi Krım körpüsünün dəmir yolu hissəsində bir dənə də olsun hərbi texnika ilə yüklənmiş qatar qeydə alınmayıb. Təkcə fevral ayında yanacaq çənləri olan 55 vaqon uzunluğunda yük qatarı körpüdən keçib.

Qeyd olunub ki, 2023-cü il iyulun 17-də Ukraynanın dəniz dronlarının hücumu nəticəsində Krım körpüsünün bir neçə dayağının dağılmasından sonra Rusiya körpüdən silah və hərbi texnika daşımaq üçün istifadəni əhəmiyyətli dərəcədə azaldıb.


Geri dön