Ana Sayfa > Karusel / Siyasət > Pentaqon: Dağlıq Qarabağda hadisələri yaxından izləyirik

Pentaqon: Dağlıq Qarabağda hadisələri yaxından izləyirik


2-10-2020, 14:01. Yazar: Admin

 

Pentaqon: Dağlıq Qarabağda hadisələri yaxından izləyirik

Qarabaginfo.az-ın xəbərinə görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik-leytenant Thomas Campbell “Anadolu” agentliyinə açıqlamasında deyib.

Dağlıq Qarabağda baş verən hadisələri yaxından izlədiklərini bildirən T. Campbell vəziyyətin olduqca dəyişkən olduğunu vurğulayıb.

O, ABŞ-ın hər iki tərəfə hərbi əməliyyatları dayandırmaq və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar masasına qayıtmağa dair çağırış etdiyini də xatırladıb. APA


Geri dön