Ana Sayfa > Karusel / Təhsil / Qarabağ > Qarabağ Universitetinə kim rəhbərlik edir? - Nazirlik CAVAB VERDİ
Qarabağ Universitetinə kim rəhbərlik edir? - Nazirlik CAVAB VERDİ6-05-2024, 11:21. Yazar: Admin |
Xankəndi şəhərində açılan Qarabağ Universitetində tədris rəsmi olaraq bu il sentyabrın 15-dən başlayacaq. Elm və Təhsil Nazirliyinin proqnozuna görə, builki qəbul imtahanları nəticəsində 1000-ə yaxın tələbnin Qarabağ Universitteində oxuması nəzərdə tutulub.
O bildirib ki, Xankəndi şəhərində tələbələrlə yanaşı, müəllimlər üçün də yataqxana fəaliyyət göstərəcək və yataqxanada qalanlara müəyyən güzəştlər ediləcək. Agentlik direktoru deyib ki, Qarabağ Universitetində keyfiyyətli təhsil üçün bütün imkanlar yaradılacaq. Ali təhsil müəssisəsində əsasən prestijli ixtisasların tədrisinə üstünlük veriləcək. İxtisasların sayı ildən ilə artırılacaq. Universitetdə fakültələri əvəz edəcək turizm, mühəndislik, humanitar, iqtisadiyyat məktəbləri fəaliyyət göstərəcək. Yəni məktəblər ixtisasların rəngarəngliyilə seçiləcək. Ülkər Səttarova tələbə və müəllimlərin lərin Xankəndi şəhərinə necə gedib-gələcəyindən də danışıb. Deyib ki, hazırda ligistika məsələlərinin həlli ilə bağlı işlər görülür. Çalışılacaq ki, ölkənin müxtəlif yerlərindən tələbə və müəllimlərin Xankəndiyə rahat gediş-gəlişi təmin olunsun. Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Geri dön |