Sensor sistemlərinin istehsalı üzrə ixtisaslaşmış Almaniyanın “Hensoldt” şirkəti hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Ukraynaya altı TRML-4D radar sistemi göndərəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, radarlar 2024-cü ildə 100 milyon avrodan çox olan paketin bir hissəsi kimi Kiyevə çatdırılacaq.