Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kərəm Mustafayev İranda - Regional təhlükəsizlik müzakirə edildi
Ana Sayfa > Karusel / Gündəm > Kərəm Mustafayev İranda - Regional təhlükəsizlik müzakirə edildi

Kərəm Mustafayev İranda - Regional təhlükəsizlik müzakirə edildi


3-05-2024, 15:02. Yazar: Admin

 

Kərəm Mustafayev İranda - Regional təhlükəsizlik müzakirə edildi

Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib.

 

Bu barədə Qarabaqinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib.

 

Görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.


Geri dön