Ana Sayfa > Karusel / İdman > “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək


3-05-2024, 14:17. Yazar: Admin

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək

 

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək.

 

Qarabaqinfo.az xəbər verir ki, yarış Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

 

FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların yekun siyahısı iyunun 15-də müəyyənləşəcək.

 

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dolları olacaq.

 

Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq. Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.


Geri dön