"Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan (DTRŞ) Milli Nümayəndəliyində nərd turniri keçirilib.
Azərbaycan Milli İdman Növləri Assosiasiyası ilə birgə təşkil edilən "Şeş-Qoşa" nərd turnirində rəqiblər püşkatma əsasında müəyyənləşib.
Qarabaginfo.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışda "Mir" DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinin rejissoru Fuad Qasımov I yerin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi Seymur Qurbanov II yerin, Mühafizə Xidmətinin rəisi Alxas Şahlarov isə III yerin qalibi olub.
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru, Əməkdar jurnalist İlqar Paşazadə turnirin qaliblərini təbrik edib, “Xüsusu Diplom”la təltif edib.
Sonda İlqar Paşazadə "Şeş-Qoşa" turnirinin gələcəkdə də davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.