Ana Sayfa > Karusel / Gündəm > Türkiyənin Vitse-prezidenti: “Azərbaycan əks-həmlə əməliyyatını ərazi bütövlüyünü bərpa etmək üçün icra edir”
Türkiyənin Vitse-prezidenti: “Azərbaycan əks-həmlə əməliyyatını ərazi bütövlüyünü bərpa etmək üçün icra edir”2-10-2020, 13:46. Yazar: Admin |
“Ermənistan Azərbaycan torpaqlarını işğal edib”. Qarabaginfo.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib. O bildirib ki, Ermənistan bu regionda sülh və sabitliyin önündə ən böyük əngəl olduğunu bir daha bütün dünyaya nümayiş etdirib.Oktay sentyabrın 27-də Ermənistan tərəfindən başladılan hücumların Tovuzda törədilən təxribatların davamı olduğunu vurğulayıb. Türkiyənin Vitse-prezidenti qeyd edib ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə 28 ildir davam edən erməni işğalına son qoyulması üçün konkret addımlar atılmayıb: “Ermənistanın artan təxribatları və Azərbaycan torpaqlarına hücumları qardaş ölkənin səbrini daşırıb. Azərbaycan beynəlxalq hüquqa söykənərək özünü müdafiə etməyə məcbur olub. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan əks-həmlə əməliyyatını beynəlxalq səviyyədə tanınmış ərazilərində xalqını qorumaq, ərazi bütövlüyünü, sülhü və sabitliyi bərpa etmək üçün icra edir”.Oktay bildirib ki, başda ATƏT-in Minsk Qrupunun həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyət Ermənistana işğal etdiyi torpaqlardan çıxmaqla bağlı lazımi təzyiq göstərməlidir. O, Türkiyənin işğala məruz qalan Azərbaycanın yanında olduğunu bir daha bəyan edib:“Beynəlxalq hüququn və ədalətin Azərbaycanın tərəfində olduğu bu müddətdə Azərbaycana dəstəyimizi tarixi qardaşlıq bağlarımızdan gələn bir məsuliyyət olaraq görürük, eyni zamanda 28 ildir erməni işğalından acı çəkən qardaşlarımızın yanında olmağı vicdani bir zərurət kimi qiymətləndiririk”. Geri dön |