Ana Sayfa > Karusel / Qarabağ > Sus kəndinə köçlə bağlı 2 püşkün nəticəsi LƏĞV EDİLDİ
Sus kəndinə köçlə bağlı 2 püşkün nəticəsi LƏĞV EDİLDİ3-05-2024, 10:32. Yazar: Admin |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada vətəndaşa düşən evin başqasına verildiyi iddiasına cavab verib.
Bu barədə Qarabaqinfo.az-ın sorğusuna cavab olaraq “Qaçqınkom”dan məlumat verilib.
Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb:
"Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir. Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
Geri dön |