ABŞ 32 ildir Gürcüstan iqtisadiyyatına yardım edir. Cavab olaraq Tbilisi bu əməkdaşlığı səhv xarakterizə edir və onu pozur.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O əlavə edib ki, xarici agentlər haqqında mübahisəli qanun Moskvadan “ilhamlanıb”.
“Birləşmiş Ştatlar etirazçılara qarşı güc tətbiqini pisləyir”, – Miller bildirib.
Daha əvvəl nümayişçilər xarici agentlər haqqında qanunun qəbuluna etiraz olaraq Tbilisidə Ədliyyə Evinin yaxınlığını və bir neçə küçəni bağlayıblar, avtomobillərin hərəkətini əngəlləyiblər.