Ana Sayfa > Karusel / Siyasət > Parlament qalmaqallı qanuna "HƏ" dedi - Etirazlar yenidən başladı
Parlament qalmaqallı qanuna "HƏ" dedi - Etirazlar yenidən başladı1-05-2024, 20:50. Yazar: Admin |
Gürcüstan parlamenti etirazlara səbəb olan "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qarabaginfo.az xəbər verir ki, qanun layihəsinin lehinə 83 deputat, əleyhinə 23 deputat səs verib.
İki həftə ərzində qanun layihəsi yekun oxunuşda qəbul ediləcək və dörd həftə ərzində prezidentin vetosu ləğv ediləcək.
Müxalifət qanun layihəsinə qarşı etiraz aksiyasını bərpa edib.Parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bağlayıblar.
Parlament binasının ətrafına çoxlu sayda xüsusi təyinatlı polis bölmələri cəlb edilib. Geri dön |