Ana Sayfa > Karusel / Siyasət > İran AEBA-nın 130 müfəttişinin ölkədə işləməsinə icazə verib
İran AEBA-nın 130 müfəttişinin ölkədə işləməsinə icazə verib1-05-2024, 20:34. Yazar: Admin |
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 130 müfəttişi İranda işləmək üçün icazə alıb. Qarabaginfo.az “Press TV“yə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami məlumat verib. “Biz AEBA-nın hər hansı müfəttişinin İrana gəlməsinə qadağa qoymamışıq. Ümumilikdə təşkilatın 130 müfəttişinin İrana səfər etməsinə və yoxlamalar aparmasına icazə verilib”, - İslami vurğulayıb. Geri dön |