Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Sahibə Qafarova deputatların səsvermə zamanı zalda olub-olmamasını nəzarətə götürəcəyini deyib
Sahibə Qafarova deputatların səsvermə zamanı zalda olub-olmamasını nəzarətə götürəcəyini deyib2-10-2020, 12:27. Yazar: Admin |
"Deputatların səsvermə gedəndə zalda olmamasını xüsusi nəzarətə götürəcəyəm”. Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. O bildirib ki, bu, İntizam Komissiyasının mövzusu da ola bilər: “Eldar müəllim, bunu nəzərə alın. İclas gedir, deputatlar səs verməlidir, ancaq onlar zalda yoxdurlar. Mən bunu xüsusi nəzarətə götürəcəyəm”.
Geri dön |